Vasif Durarbəyli ABŞ-da keçirilən turnirdə iştirak edir

Tarix : 2016/07/01 19:59     Kateqoriya : İDMAN    


	Vasif Durarbəyli ABŞ-da keçirilən turnirdə iştirak edir

Bu gün Filadelfiyada şahmat üzrə 44-cü dünya open-turniri başlayıb.

«Fakt-Araşdırma» xəbər verir ki, turnirdə 213 şahmatçı, o cümlədən 33 qrossmeyster iştirak edir. Əsas mükafata iddialılardan biri də azərbaycanlı qrossmeyster Vasif Durarbəylidir.

Ənənəvi turnir İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək.