Stolüstü tennisçilərimiz Ermənistan millisinə qalib gəldi - 3:0

Tarix : 2016/07/08 18:10     Kateqoriya : İDMAN    


	Stolüstü tennisçilərimiz Ermənistan millisinə qalib gəldi - 3:0

Xorvatiyanın Zagreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına strat verilib.

Nazirlikdən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksenburq və Avstriya  komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya-Hersoqavinya, Avstriya, İspaniya komandaları ilə keçirəcək.