“Yoldaşlıq Futbolu”nun final matçı baş tutub

Tarix : 2016/07/19 17:36     Kateqoriya : İDMAN    


	“Yoldaşlıq Futbolu”nun final matçı baş tutub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə  dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və Neftçi PFK-nın  birgə  təşkilatçılığı ilə  keçirilən “Yoldaşlıq Futbolu”nun final matçı baş tutub.

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nicat Əmiraslanovun «Fakt-Araşdırma»-ya verdiyi məlumata görə, finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb.

Gərgin keçən qarşılaşmada  2-3 hesabıyla  Sumqayıt “ASAN xidmət” könüllüləri qalib olub və “Yoldaşlıq Futbolu” turnirinin  kubokunu qazanıblar.

Oyunun sonunda  yarış iştirakçıları diplom və medallarla mükafatlandırıblar.  Mükafatlandırma mərasimində iştirak edən “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov,  “NEFTÇİ”nin  əfsanəvi  “7 NÖMRƏ”si Səmədağa Şıxlarov və Neftçinin oyunçusu Elşən Abdullayev iştirak edərək yarış  iştirakçılarına uğurlar arzu edib, qalib komandanı təbrik  ediblər.

Qeyd edək ki, ASAN  könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu  “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini aşılamaq, onların asudə vaxtının səmərəli keçməsində şərait yaratmaqdır. Layihə  Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə gənclərini əhatə edib.