Azərbaycan futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək

Tarix : 2016/07/25 22:53     Kateqoriya : İDMAN    


	Azərbaycan futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək

Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.

«Fakt-Araşdırma» xəbər verir ki, 20 yaşlı xavbek Portuqaliyanın “Sportinq” futbol klubuna keçib. Lissabon təmsilçisi onunla beşillik müqaviləyə imza atıb.

B.Nəsirov müqavilə ilə “Sumqayıt”a məxsus olsa da, son mövsümü “Kəpəz”də keçirmişdi.

“Sportinq” Portuqaliya çempionatının son mövsümündə yalnız lider “Benfika”dan geri qalaraq, ikinci olub.