İdmançılarımız Minskdə beynəlxalq Paralimpiya festivalında iştirak edəcəklər

Tarix : 2016/07/28 20:39     Kateqoriya : İDMAN    


	İdmançılarımız Minskdə beynəlxalq Paralimpiya festivalında iştirak edəcəklər

Avqustun 2-7-də Belarusun paytaxtı Minskdə beynəlxalq Paralimpiya festivalı keçiriləcək.

«Fakt-Araşdırma» xəbər verir ki, festival çərçivəsində iki idman növü üzrə yarışlar təşkil olunacaq.

Boulinq yarışlarında ölkəmizi Bahar Şıxıyeva, əlil arabasında idman rəqsi turnirində isə Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edəcəklər.

Yarışlardan sonra Azadə Abdullayeva paraşütlə 3 min 500 metr hündürlükdən tullanacaq. Həmçinin idmançılarımız Vüsalə Kərimova və Bahar Şıxıyeva da paraşütlə tullanacaqlar. Bu layihə Belarusun Əlil idmançılara dəstək Fondu və Azərbaycan Respublikası “Əlil idmançılara dəstək” İctimai Birliyinin təşəbbüsü ilə keçiriləcək.