XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar

Tarix : 2016/08/07 21:02     Kateqoriya : İDMAN    


	XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ikinci günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar.

«Fakt-Araşdırma» xəbər verir ki, kişilər arasında 5, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində cüdo (66 kq), qılıncoynatma (rapira), ağır atletika (56 kq), 100 metr məsafəyə brass üsulla və sərbəst üsulla estafet üzrə üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə 10 metr məsafəyə tapançadan atəşaçma, velosiped idmanı üzrə qrup şose, suya tullanma (3 metr hündürlükdən sinxron tullanma), trap növü üzrə atıcılıq, cüdo (52 kq), kamandan oxatma (komanda), ağır atletika (53 kq), 100 metr məsafəyə brass və 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında medallar sahibini tapacaq.