“Rio-2016”: Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk görüşündə qələbə qazanıb

Tarix : 2016/08/08 21:59     Kateqoriya : İDMAN    


	“Rio-2016”: Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk görüşündə qələbə qazanıb

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan boksçusu, dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) mübarizəyə başlayıb.

«Fakt-Araşdırma» xəbər verir ki, boksçumuz rinqdəki ilk döyüşündə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşıb. Fransalı rəqibini texniki nakautla məğlub edən Abdulqadir Abdullayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.