Qurban Qurbanov: Bu dəfə qrupda daha sərbəst çıxış edəcəyik

Tarix : 2016/08/26 14:17     Kateqoriya : İDMAN    


	Qurban Qurbanov: Bu dəfə qrupda daha sərbəst çıxış edəcəyik

Futbolçularımızı təbrik edirəm. Onlar öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirdilər. Əla azarkeş dəstəyimiz var idi. Ardıcıl üçüncü ildir qrup mərhələsinə vəsiqə qazanırıq. İlk oyunda rəqibi daha yaxşı tanımağa nail olduq. Cavab oyununda isə bundan yararlandıq. Rəqib daha çox müdafiə haqda düşünürdü. Amma biz bu dəfə daha çox hücum qurduq.

«Fakt-Araşdırma» xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə “Höteborq”u 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Q.Qurbanov qrup mərhələsinə dair fikirlərini də bölüşüb: “Hələ püşkatmanı gözləyirik. Ümid edirəm ki, bu dəfə qrupda daha sərbəst çıxış edəcəyik. Biz öz hədəflərimiz uğrunda mübarizə aparırıq”.