Pan Gi Mun: «Hərəkət etmək vaxtı çatıb»

Tarix : 2016/10/10 13:17     Kateqoriya : DÜNYA    


	Pan Gi Mun: «Hərəkət etmək vaxtı çatıb»

Qlobal istiləşmənin Arktika üçün nəticələri alimlərin təxmin etdiyi ən bədbin proqnozlardan da pisdir.

BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, bu fikri BMT-nin Baş katibi Pan Gi Mun İslandiyanın paytaxtı Reykyavikdə “Arktika dairəsi” Assambleyasında çıxışında bəyan edib. Onun sözlərinə görə, Arktika buzlaqları sözün əsl mənasında göz qabağında əriyir.

Baş katib xatırladıb ki, gələn ayın əvvəlində qüvvəyə minəcək iqlim dəyişikliklərinə dair Paris sazişi Selsi ilə iki dərəcə istiləşmənin məhdudlaşdırılmasını nəzərdən keçirir. BMT–nin başçısı vurğulayıb ki, hərəkət etmək vaxtı çatıb. O, inkişaf etməkdə olan ölkələrin zərərli tullantıların atmosferə buraxılmasını məhdudlaşdırmalarına kömək etmək üçün ehtiyatları səfərbərliyə almağa çağırıb.

Pan Gi Mun dünya ölkələrinin hökumətlərinə müraciət edərək, onları Monreal protokoluna düzəlişi də dəstəkləməyə çağırıb. Baş katibin fikrincə, bu, Arktikanın vəziyyətinə mənfi təsir göstərən və ozon qatını məhv edən ftor-karbohidrat tullantılarını azaltmağa imkan verəcək.