20 İŞİD yaraqlısı öldürülüb

Tarix : 2016/10/10 13:19     Kateqoriya : DÜNYA    


	20 İŞİD yaraqlısı öldürülüb

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr nəticəsində İŞİD qruplaşmasının ən azı 20 yaraqlısı zərərsizləşdirilib.

TASS informasiya agentliyi xəbər verir ki, yerli güc strukturlarının məlumatına əsasən, hava hücumlarının hədəfi Nazian və Aşin rayonları olub.

Hücum nəticəsində yerli sakinlərdən heç kimin xəsarət almadığı bildirilir.