Qahirədə Misir ordusunun generalı öldürülüb

Tarix : 2016/10/22 19:24     Kateqoriya : DÜNYA    


	Qahirədə Misir ordusunun generalı öldürülüb

Oktyabrın 22-də Qahirədə naməlum şəxslər Misir ordusunun yüksək komandir heyətinin nümayəndəsi general-mayor Adil Raqaini güllələyib.

«Fakt-Araşdırma» xarici KİV-lərə istinadla xəbər verir ki, insident oktyabrın 21-də Qahirənin şərqindəki Əl-Obur rayonunda general evindən çıxan zaman baş verib. Raqai paytaxt yaxınlığında yerləşən iri hərbi bazanın rəisi olub.

Hazırda qətlin arxasında kimin dayandığı bəlli olmasa da, ilkin təhqiqat hadisənin Sinay yarımadasında fəaliyyət göstərən ekstremist qruplarla bağlılığına işarə edir.

Misir iki ildən artıqdır ki, Sinay yarımadasının çətin keçilən rayonlarında yaraqlılara qarşı antiterror əməliyyatları aparır. Bu müddət ərzində regionda yüzlərlə polis işçisi və hərbi qulluqçu terror hücumlarının qurbanı olub.