28 oktyabr - Dünya Cüdo Günü kimi qeyd olunur

Tarix : 2016/10/28 13:25     Kateqoriya : İDMAN    


	28 oktyabr - Dünya Cüdo Günü kimi qeyd olunur

Beynəlxalq Cüdo Federasiyası (IJF) hər il 28 oktyabr tarixini Dünya Cüdo Günü kimi qeyd edir.

Cüdo idmanının banisi hesab edilən Ciqoro Kanonun şərəfinə onun doğulduğu gün hər il Dünya Cüdo Günü kimi qeyd olunur.

Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. Beş kontinental ittifaqı özündə birləşdirən IJF-yə 195 milli federasiya daxildir.

Azərbaycanda da idmanın bu növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya çempionu adını qazanıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları beynəlxalq yarışlar, Avropa çempionatları, Avropa Oyunlarında da mükafatçılar sırasında yer alıblar. Hazırda xüsusən kişilərdən ibarət cüdo millisinin üzvləri mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.

Cari ildə cüdoçularımız Olimpiya Oyunlarında, Avropa çempionatında, “Böyük Dəbilqə”, “World Masters” və “Qran-Pri” kimi nüfuzlu turnirlərdə medallar qazanıblar. /AZƏRTAC/