“Oksigen” klinikasının cərrahı 2 yaşlı uşağı öldürüb-RƏSMİ

Tarix : 2016/10/28 14:35     Kateqoriya : ARAŞDIRMA    


	“Oksigen” klinikasının cərrahı 2 yaşlı uşağı öldürüb-RƏSMİ

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılmışdır.

Baş Prokurorluqdan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.