Almazbek Atambayev hökumətin yeni tərkibini təsdiq edib

Tarix : 2016/11/11 19:25     Kateqoriya : DÜNYA    


	Almazbek Atambayev hökumətin yeni tərkibini təsdiq edib

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Almazbek Atambayevin Fərmanı ilə Sooronbay Jeenbekov ölkənin yeni Baş naziri təyin edilib.

Prezidentin digər fərmanları ilə Muxammetkalıy Abulqaziev Baş nazirin birinci müavini, Oleq Pankratov, Çolpon Sultanbekova və Jeniş Razakov Baş nazirin müavinləri, Akılbek Osmonaliev nazir ranqında Hökumət Aparatının rəhbəri vəzifələrinə təsdiq ediliblər.

Dövlət başçısının fərmanları ilə, həmçinin nazir və komitə sədləri vəzifələrinə təyinatlar olub.