AFR İqtisadiyyat Nazirliyi: Trampın qələbəsi Almaniya iqtisadiyyatına təsir göstərməyəcək

Tarix : 2016/11/11 19:28     Kateqoriya : DÜNYA    


	AFR İqtisadiyyat Nazirliyi: Trampın qələbəsi Almaniya iqtisadiyyatına təsir göstərməyəcək

Almaniya hökuməti ABŞ prezidenti vəzifəsinə seçkilərdə Donald Trampın qələbəsinin Almaniya iqtisadiyyatının artımına hər hansı mənfi nəticələr göstərəcəyini gözləmir.

AFR İqtisadiyyat Nazirliyinin bu gün yayılmış bəyanatında deyilir: “Böyük Britaniya vətəndaşlarının Brexit barədə gözlənilməz qərarından və Birləşmiş Ştatlarda seçkilərdən sonra dünya bazarlarında bir qədər inamsızlıq hiss edilir, lakin bu gün həmin iki hadisə nəticəsində ciddi zərər dəyəcəyini gözləməyə əsas yoxdur”. /AZƏRTAC/