Pakistan və Hindistan hərbçiləri arasında atışma nəticəsində ölənlər var

Tarix : 2016/11/14 15:14     Kateqoriya : DÜNYA    


	Pakistan və Hindistan hərbçiləri arasında atışma nəticəsində ölənlər var

Pakistanın Hindistanla sərhədindəki Kəşmir bölgəsinin Bximber ərazisində Hindistan hərbçilərinin atəşi nəticəsində Pakistan ordusunun 7 hərbçisi həlak olub, 8-i yaralanıb.

Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, cavab atəşi nəticəsində Hindistan tərəfdən də ölənlər və yaralananlar var.

Xatırladırıq ki, sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş qarşıdurmadan sonra iki ölkə arasında gərginlik daha da artıb. Əsasən Kəşmir bölgəsində demək olar ki, hər gün atışma səsləri eşidilir, hər iki tərəfdən hərbçilər və mülki vətəndaşlar həlak olur. /AZƏRTAC/