MƏRKƏZİ ELMİ KİTABXANADA VİKİPEDİYA İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

Tarix : 2016/11/14 15:39     Kateqoriya : MƏDƏNİYYƏT    


	MƏRKƏZİ ELMİ KİTABXANADA VİKİPEDİYA İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Slavyan Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə Vikipediya Elektron Ensiklopediyasının Azərbaycan gəncliyi arasında təbliğatı məsələsi, eləcə də gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması müzakirə edilib.

AMEA Mərkəzi Elmi Kitabxana Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, MEK-in Sərbəst elektron resursları ilə iş bölməsinin əməkdaşlarının, Bakı Slavyan Universitetinin "Viki-Mərkəzin"in rəhbəri Zəhra Dadaşzadənin və universitetin tələbələrinin iştirakı ilə keçirilən görüşdə gələcəkdə hər iki qurumun təşkilatçılığı ilə təlimlər, seminlarlar və praktiki görüşlərin müntəzəm təşkil edilməsi nəzərdə tutulub.

Qeyd ki, MEK bu istiqamətdə fəaliyyətini bundan öncə Bakı Dövlət Universitetinin tələbələri ilə həyata keçirib.