Nazirlik çağrı mərkəzinin hesabatını təqdim etdi

Tarix : 2016/11/16 17:44     Kateqoriya : İQTİSADİYYAT    


	Nazirlik çağrı mərkəzinin hesabatını təqdim etdi

2016-cı ilin sentyabr-oktyabr ayları ərzində  Kənd Təsərrüfatı Nazirliyinin  Çağrı Mərkəzində 1678 müraciət qeydə alınıb. Müraciətlərin 827-si sentyabr ayında, 851-isə oktyabr ayında daxil olub.

Kənd Təsərrüfatı Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, daxil olan 38  müraciət nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda  istirak etmək, 31 müraciət pambıq yığımının vaxtında aparılması və dəyərinin ödənilməsi, 7 müraciət iri buynuzlu mal-qara arasında aparılmış süni mayalama tədbirləri  nəticəsində doğulan hər buzova görə kompensasiya ödənilməsi, 531 müraciət subsidiyaların kart hesablarına köçürülməsi, kartların dəyişdirilməsi ilə bağlı olub.  

Həmçinin müraciətlərin 8-i qarğıdalı əkinlərinin biçilməsi üçün aqroservislər tərəfindən kombaynların ayrılması, 20-si  güzəştli şərtlərlə kreditlərin alınması, 30-u taxıl toxumuna olan tələbatın ödənilməsi, 21-i torpaq  icarəsi müqavilələrinin  rəsmiləşdirilməsi, 17-si son zamanlar dövlət aktı ilə vətəndaşlara verilmiş pay torpaqlarına bələdiyyələr, dügər  hüquqi və fiziki şəxslərin müdaxilə etməsi və zəbt etmə halları, eyni zamanda  DKTİM-dən icarəyə torpaq sahələrinin götürülməsi, 46-sı əkin və bağ sahələrinin suvarılmasına  köməklik göstərilməsi, 12-si Bakı şəhərinin müxtəlif yerlərində şənbə və bazar günlərində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satış yarmarkaların fəaliyyətinin  təkmillilləşdirilməsi, 44-ü gübrələrin güzəştli şərtlərlə satışı, 54-ü yeni kənd təsərrüfatı texnikarını, xüsusən toxum səpənin alınması, 518-i arıçılıq məhsullarının satış  yarmarkasında iştirak etmək üçün qeydiyyatın aparılması və balın analizi ilə (onun 323-ü qeydiyyatla bağlı olmuşdur) əlaqədar olub.

Bundan başqa 25 müraciətdə heyvan xəstəlikləri iri buynuzlu mal qara və davarlar arasında  Baytarlıq Nəzarəti Xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi, 4 müraciətdə Fitosanitar Nəzarət Xidməti tərəfindən respublikaya gətirilən və respublikadan aparılan bitki və bitki  mənşəli  məhsullar üçün zəruri idxal və ixrac sənədləşmələri, 9 müraciətdə kənd təsərrüfatı texnikalarına dövlət nömrə nişanlarının verilməsi, texniki baxışdan keçirilmə, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün dövlət rüsümları, texnikaların özəlləşdirilməsi, 12 müraciətdə yeni yaranan rayon Kənd Təsərrüfatı İdarələrində vakant  işlə təmin olunma mexanizmi, 18 müraciətdə lizinq qaydasında cins inəklər almaqla bağlı  sənədləşmə və lizinqə verilmə şərtləri, 30 müraciətdə texnikalarda  nasazlıq və ehtiyat hissələri ilə təminat, 67 müraciətdə isə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən sorğular qeydə alınıb.

Bununla yanaşı  vergi məsələləri ilə bağlı 4, lisenziya almaq barədə 3, süni qiymət artımının  qarşısının alınması ilə bağlı 5, sahibsiz heyvanlarla bağlı 5, aqroservislərin məhsul istehsalçılarının texnika təminatı barədə 21, toxum laboratoriyaları barədə 5, digər qurumlara aid olan məsələlər barədə 16, sığorta ilə bağlı 9, baramaçılıqla əlaqəli 10, əmək haqqı borcu barədə 5, torpaq analizi barədə 6 müraciət daxil olub və qanuna müvafiq qaydada cavablandırılıb. 

Həmçinin bu müddət ərzində 9  təşəkkür zəngi qeydə alınıb,  şikayətlərə operativ qaydada baxıldığı və qaldırılan məsələlərin həllinə köməklik göstərildiyi üçün Nazirliyin rəhbərliyinə minnətdarlığın çatdırılması xahiş edilib.