HEYDƏR ƏSƏDOV QOBUSTANDA SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK

Tarix : 2016/11/21 11:44     Kateqoriya : İQTİSADİYYAT    


	HEYDƏR ƏSƏDOV QOBUSTANDA SAKİNLƏRLƏ GÖRÜŞƏCƏK

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 25-də Qobustan rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək. 

Kənd Təsərrüfatı Nazirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-81-45) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.