Tədbir görüldü-FOTO

Tarix : 2016/11/22 13:50     Kateqoriya : ARAŞDIRMA    


	Tədbir görüldü-FOTO

Vətəndaşların narazılığına səbəb olan qeyri-qanuni hasarlamanın qarşısı alındı

 Xeberservis.az tərəfindən bu yaxınlarda Bakının Nərimanov rayonu Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yan tərəfində yerləşən yaşıllıq ərazisinin dəmir konstruksiyalarla hasarlandığı barədə fotofakt verilmişdi.

Həmin ərazidə apardığımız müşahidələr zamanı dövlətin böyük maliyyə vəsaiti ilə ərsəyə gətirdiyi magistral yolun kənarındakı yaşıllıq zonasının hansısa “gözəgörünməz əl” tərəfindən dağıdıldığını göstərmişdik.  Bu yoldan istifadə edən sürücülər və eləcə də  ətrafda olan insanlarla söhbətimizdə onlar da məsələdən dərin narahatçılıq keçirdiklərını bildirmiş və aidiyyatı qurumları tez bir zamanda bu özbaşnalıgın qarşısını almağa çağırmışdılar.

Məsələnin ciddiliyini nəzərə alaraq bununla baglı bir sıra aidiyyati qurumları da məlumatlandırmışdıq. Bu görüntülərdən sonra adı çəkilən ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirilərək, qanunsuz  dəmir hasarlamanın qarşısı alınmış və ətrafda yaşayan insanların narahatçılığına son qoyulmuşdur.

Həmin ərazidə olan əməkdaşımızın çəkdiyi fotolar bunu bir daha sübut edir.