Baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edilir

Tarix : 2016/11/23 13:59     Kateqoriya : İQTİSADİYYAT    


	Baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və  aqrokimyəvi maddələrin analizi, Bitki və bitkiçilik məhsullarının analizi, Bitkilərin ekspertizası şöbələrində vakant olan  şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı,böyük aqrotexnikvəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan  baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 iyul 2008-ci il tarixində qeydiyyata alınmış (Dövlət qeydiyyat nömrəsi:3405)“Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

 -müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

- kompüter və dil biliklərinin olması;

- torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin  aparılması barədə məlumatının və təcrübəsinin olması;

- torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

- məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

-zərərvericixəstəliklərininkişaffenologiyası, entomofaqları,avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

 Regionalaqrokimyalaboratoriyalarındavakantyerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər:

www.dfnx.gov.az

Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a,
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti.

Müraciətlər elektron qaydada da göndərilə bilər.

Əlaqə telefonları: (012) 562-82-24; (012) 562-85-57