MƏRKƏZİ ELMİ KİTABXANA XARİCİ ÖLKƏLƏRƏ KİTABLAR GÖNDƏRİR

Tarix : 2016/11/23 14:24     Kateqoriya : TƏHSİL    


	MƏRKƏZİ ELMİ KİTABXANA XARİCİ ÖLKƏLƏRƏ KİTABLAR GÖNDƏRİR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini davam etdirir.

AMEA Mərkəzi Elmi Kitabxana Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, 2016-cı ilin noyabr ayı ərzində MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsi tərəfindən xarici ölkələrin kitabxanalarının müraciətinə əsasən aşağıda adları qeyd olunan ölkələrin kitabxanalarına Azərbaycan  ədəbiyyatı, tarixi, incəsənətini və müxtəlif mövzuları əhatə edən kitablar göndərilib.

Böyük Britaniyanın Leytonston Kitabxanasında 15 noyabr 2016-cı ildən etibarən Azərbaycan bölməsi açılıb. Böyük Britaniya kitabxanasından edilən müraciətə əsasən Mərkəzi Elmi Kitabxana ondan çox adda kitabı Azərbaycan bölməsinə hədiyyə edib. Bundan başqa, Belarus Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Almaniyanın Geoloji Elmlər üzrə Alman Cəmiyyətinin Kitabxanası, Fransanın Mərkəzi Kitabxanası, eləcə də digər xarici ölkələrin elmi mərkəzlərinə kitablar hədiyyə edilib.