Neft quyularındakı yanğını 4 aydır söndürmək mümkün olmur

Tarix : 2016/11/23 14:30     Kateqoriya : DÜNYA    


	Neft quyularındakı yanğını 4 aydır söndürmək mümkün olmur

İraqın Mosul şəhərinin Kayyara qəsəbəsində İŞİD terror qruplaşması tərəfindən yandırılan neft quyularını lazımi texnikanın olmaması səbəbindən 4 aydır ki söndürmək mümkün olmur.

Qəsəbədə neftlə zəngin 10 neft quyu var. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İraq iqtisadiyyatını milyonlarla dollar zərərə uğradan quyulardakı yanğın qəsəbə sakinlərinin sağlamlığı üçün də təhlükə yaradır. Yanğınla əlaqədar qəsəbə qara buludlara bürünüb.

Qeyd edək ki, İŞİD terrorçuları avqustun 24-də qəsəbəni tərk edərkən İraq iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən 10 neft quyusunu yandırıblar.