Qafqaz Universiteti Sərgidə təmsil olunub

Tarix : 2016/11/26 09:35     Kateqoriya : TƏHSİL    


	Qafqaz Universiteti Sərgidə təmsil olunub

    Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf mərkəzinin təşkilatçılığı ilə Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan  “ İkinci Bilik Sərgisi” təşkil olunub. Kompleksin 7-10-cu sinif şagirdlərinin iştirakı ilə 35-dən çox müxtəlif mövzuda hazırlanan layihələrə , AMEA Botanika İnstitu  Bakı Ali Neft məktəbi və Qafqaz Universiteti də öz stendləri ilə qoşulublar. Bu sərgidə şagirdlərin dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.

   Qafqaz Universitetinin mətbuat şöbəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, açılış mərasiminə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, ABTM-nin idarə heyətinin sədri Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik edib, Beynəlxalq məktəb kimi belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışıb. Qeyd edib ki, keçirilən bu sərgi şagirdlərə beynəlxalq sərgilərdə ölkəmizi təmsil etmək üçün stimul olacaq.

    Sonra isə bütün qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış oldular.Qafqaz Universitetinin  İKT mərkəzinin kimya mühəndisliyi ixtisasının və “Pi” klubunun stendləri xüsusi marağa səbəb olub. Tələbələrin nümayiş etdirdiyi kimyəvi reaksiyalar qonaqları təəccübləndirib. İKT mərkəzinin proqramlaşdırdığı robotlar məktəblilərin diqqətini cəlb edib.

     Qafqaz Universitetinin Abituriyentlərlə iş şöbəsinin müdiri Adil Vəliyev belə sərgilərin keçirilməsinin şagirdlərdə elmə marağın artırılmasına səbəb olduğunu bildirib. Universitetlərin isə sərgidə təmsil olunması şagirdlərdə universitet haqqında təəsurat oyadır. ki, bu da onların düzgün ixtisas seçimlərində xüsusi rol oynayır.

Sərginin sonunda    Bakı İstedadlar Təhsil Kompleksinin şagirdlərinin ifasında konsert proqramı təşkil olunub. Münsiflər heyəti tərəfindən seçilən şagirdlər sertifikat,medal və hədiyyələrlə mükafatlandırıldılar.
Onu da qeyd edək ki, bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.