Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası ADU-da

Tarix : 2016/11/29 17:33     Kateqoriya : TƏHSİL    


	Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası ADU-da

Noyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, aksiya zamanı mərkəzin səyyar klinikasının həkim briqadası müraciət edən tələbə və müəllimlərin gözlərini diaqnostik müayinə edərək, pataloji hal aşkarlanan şəxsləri Milli Oftalmologiya Mərkəzinə dəvət ediblər.

Mərkəzin həkim–oftalmoloqu Sidiqə Əliyevanın sözlərinə görə aksiya tələbələr üçün nəzərdə tutulub. O, qeyd edib ki, gözdəki bəzi problemlər gizlin xarakter daşıdığından insanlar onun varlığından xəbərdar olmur. Sözügedən aksiyanın da məqsədi tələbələri dərs şəraitindən ayırmamaq şərtilə onlarda pataloji halları araşdırmaq və onların qarşısının zamanında alınmasına xidmət etməkdir.

Qeyd edək ki, aksiya sabah da davam edəcək.