Cavid Qurbanov: «Dəmir yollarında da qiymətlər qalxacaq»

Tarix : 2016/11/30 10:57     Kateqoriya : İQTİSADİYYAT    


	Cavid Qurbanov: «Dəmir yollarında da qiymətlər qalxacaq»

Azərbaycanda dəmir yollarının da qiymətləri artacaq.

«Fakt-Araşdırma»-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: “Dəmir yollarında da qiymətlər qalxacaq. Hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir. İşığın qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq”.