Qafqaz Universitetində maarifləndirici tədbir keçirilib

Tarix : 2016/11/30 11:14     Kateqoriya : TƏHSİL    


	Qafqaz Universitetində maarifləndirici tədbir keçirilib

Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  Dövlət Komissiyası Qafqaz Universitetində  tədbir keçirib. Narkomanlıq və narkotiklərin qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev,  Təhsil Nazirliyinin baş məsləhətçisi  Elnur Əlizadə,  DİN-nin nümayəndəsi, polis polkovniki  Tanrıverdi Aydınov,  Səhiyyə Nazirliyinin nümayəndəsi, Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov  və Dövlət Komissiyasının məsul işçisi Raqib Allahverdiyev tələbələr qarşısında  maarifləndirici çıxışlar ediblər.

  Qafqaz Universitetinin mətbuat şöbəsindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, çıxış edənlər qeyd ediblər ki, bu məsələ tək bizim cəmiyyətimizi deyil bütün dünyanı narahat edən məslədir. Çünki,  Narkomanlıq və narkotiklərin qanunsuz övriyyəsinin qarşısının alınması üçün proflaktik təbirlər həyata keçirilməsə bu xalqların və dövlətlərin gələcəyinə, təhlükəsizliyinə ciddi zərbə olar. Bu səbəbdən də dünyada bu yola xidmət edən şəxslər cəmiyyət üçün yararsız hesab olunur. Azərbaycanda “Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  tədbirlər haqqında ” qəbul olunmuş dövlət proqramından  və həyata keçiriliən maarifləndirici reklam tədbirləri haqda tələbələrə məlumat veriblər.

      Qonaqlara təşəkkür edən Qafqaz Universitetinin prorektoru, professor Həmzağa Orucaov bildirib ki, Qafqaz Universitetinin tələbələri həmişə nümunəvi olublar. Amma onlar magistr təhsili üçün xarici ölkələrə üz tuturlar. Bu zaman çox diqqətli olmalıdırlar. Ümid edirəm ki tələbələrimiz belə təsirlərdən  uzaq olmaları üçün bu tədbirdən kifayət qədər məlumat ala bildilər. Professor təklif edib ki, universitetdə tələbələr bu mövzuda layihə yarışması təşkil etsinlər. Onlar bu ümumbəşəri bəla ilə mübarizənin yeni yollarını təklif etsinlər.

  Sonda tələbələrin sualları  cavablandırılıb.