UNEC “Azeri Light” markalı neftin qiymətini proqnozlaşdırıb

Tarix : 2016/11/30 15:56     Kateqoriya : TƏHSİL    


	UNEC “Azeri Light” markalı neftin qiymətini proqnozlaşdırıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb. Ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mən­bə­lə­rinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.

UNEC-dən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.

“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir: 

İl

min

orta

max

2016

34

49.5

57

2017

48

65

81

2018

67

80,3

94

2019

62

76

79

2020

45

72

98