AQRAR UNİVERSİTETLƏ “AZƏRİŞIQ” ASC ƏMƏKDAŞLIĞI DAVAM ETDİRİR

Tarix : 2016/12/02 10:25     Kateqoriya : TƏHSİL    


	AQRAR UNİVERSİTETLƏ “AZƏRİŞIQ” ASC ƏMƏKDAŞLIĞI DAVAM ETDİRİR

Azərbaycan Dövlət Aqrar Universiteti ilə "Azərişıq" ASC arasında bağlanan müqavilə uğurla davam edir.

ADAU- nun mətbuat xidmətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, müqavilə əsasında “elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin və "Azərişıq" ASC-də fəaliyyət göstərən mütəxəssislərin bilik səviyyələrinin artırılması məqsədi ilə hər iki tərəfin təhsil və tədris bazalarından istifadə edilməsinə uyğun tədris prosesi həyata keçirilir. 

Bu günlərdə ADAU-nun “elektroenergetika mühəndisliyi” ixtisasının III kurs tələbələri "Azərişıq" ASC-nin tədris mərkəzindəki bazasında tədris prosesi ilə yaxından tanış olublar. Bu cür tədris prosesləri hər iki tərəf üçün faydalıdır. Birgə əməkdaşlıq əslində nəzəriyə ilə təcrübənin paralelliyinə və yeniliklərin mənimsənilməsinə təminat yaradır.