AİB Azərbaycana 500 milyon dollar kredit ayırıb

Tarix : 2016/12/07 11:57     Kateqoriya : İQTİSADİYYAT    


	AİB Azərbaycana 500 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Asiya İnkişaf Bankından «Fakt-Araşdırma»-ya verilən məlumata görə, kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.