Dəniz nəqliyyat ilə daşınmış yüklərin həcmi 47,7 faiz artıb

Tarix : 2017/06/25 20:48     Kateqoriya : İQTİSADİYYAT    


	Dəniz nəqliyyat ilə daşınmış yüklərin həcmi 47,7 faiz artıb

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-may ayında daşınmış yüklərin həcmi 3185 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artıb. Yüklərin 47,9 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dəniz limanlarında 4368,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 4186 min tonun və ya 95,8 faizi tranzit yüklərindən ibarət olub. 2017-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 122,8 min ton idxal yükləri toplanıb.

İlin ilk beş ayında bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,7 faiz artaraq 8,1 min nəfərə çatıb.