5 terrorçu-kamikadze yaxalanıb

Tarix : 2017/06/27 18:05     Kateqoriya : DÜNYA    


	5 terrorçu-kamikadze yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Hatay bölgəsində 5 terrorçu-kamikadzeni yaxalayıblar. Onlardan silah-sursat, o cümlədən kamikadzelərin istifadə etdikləri partlayıcı kəmər götürülüb.

Baş nazir Binəli Yıldırım ictimaiyyət qarşısında çıxışında deyib ki, ələ keçən kamikadzelər Ramazan bayramı günlərində ölkədə terror aktı törətmək niyyətində olublar. İkisi Türkiyə, üçü Suriya vətəndaşı olan terrorçular İŞİD qruplaşmasının üzvləridir./AZƏRTAC/