Cinayət törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

Tarix : 2017/06/29 17:27     Kateqoriya : ARAŞDIRMA    


	Cinayət törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir.

Baş Prokurorluqdan «Fakt-Araşdırma»-ya verilən məlumata görə, fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulmuşdur.

R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcəkdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.