Prezident mükafatçısı olan Binəqədi gənci İdarə rəisi oldu

Tarix : 2017/07/05 11:34     Kateqoriya : SOSİAL    


	Prezident mükafatçısı olan Binəqədi gənci İdarə rəisi oldu

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilmişdir.

Binəqədi rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Elvin Aslanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurmuşdur.

2008-ci ildən Azərbaycan Tələbələr Birliyinin sədridir. 2013-cü ildən Azərbaycan Respyblikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədr müavinidir.

Bir çox yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır. Eyni zamanda, bəzi tədbirlərdə ekspert və təlimçi kimi çıxış etmişdir.

İctimai fəaliyyət sahəsində xüsusi fərqləndiyi üçün 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatı ilə mükafatlandırılmışdır.

Elvin Aslanovu yeni təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!