Sahib Alıyev: «Yenə ikili standart iyi gəlir»

Tarix : 2017/07/05 15:02     Kateqoriya : PARLAMENT    


	Sahib Alıyev: «Yenə ikili standart iyi gəlir»

"Minsk qrupu həmsədrlərinin dünənki hay vəhşiliyinə verdikləri açıqlamaya baxıram. Yenə ikili standart iyi gəlir"

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, onların bu açıqlaması işğalçı ordunun 2015-ci ilin sentyabrında Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində iki qadının və bir uşağın yaralanması zamanı dediklərindən heç nə ilə fərqlənmir:

"Fərqlənmədiyindən də hay quzğunları təqribən iki il sonra eyni vəhşiliyi yenə təkrarladılar. Yeri gəlmişkən, o zaman da haylar nənə və nəvəni yaralamışdılar. Qapanlıda hayların hədəfə aldığı o qızcığazın da adı Zəhra idi və onun da cəmisi iki yaşı vardı. O zaman Tanrı Tanrıverdiyeva Müşkinazı və nəvəsi balaca Zəhracığı doğmalarına yenidən verdi. Bu dəfə düşmən çirkin arzusuna çatdı. Alxanlılı Zəhra balamız uçub getdi. Zəhranın atası Elnur Quliyev qızının intiqamını alacağını deyib. Hamımız Elnuruq, hamımız bu intiqamı alacağıq!"

Qeyd edək ki, iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Milli.az