Prezident İlham Əliyev Latviyaya rəsmi səfər edib

Tarix : 2017/07/16 18:45     Kateqoriya : PREZİDENT    


	Prezident İlham Əliyev Latviyaya rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfər edib.

Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.

/AZƏRTAC/