BMT Baş katibi və Ərəb Koalisiyası tərəfindən verilən bəyanat

Tarix : 2017/10/09 16:01     Kateqoriya : SİYASƏT    


	BMT Baş katibi və Ərəb Koalisiyası tərəfindən verilən bəyanat

BMT Baş katibinin "Uşaqlar və silahlı münaqişələr" haqqındakı illik hesabatı barədə Yəməndə qanuni hakimiyyəti bərpa edən Ərəb Koalisiyası tərəfindən verilən bəyanat

Nyuyork-6 oktyabr 2017-ci il. Yəməndə qanuni hakimiyyəti bərpa edən Koalisiya BMT Baş katibinin 06/10/2017-ci il tarixində dərc olunan "Uşaqlar və silahlı münaqişələr" haqqındakı illik hesabatı ilə tanış olmuşdur.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, hesabatda, Koalisiya uşaqların qorunmasını gücləndirmək üçün tədbirlər görən və addımlar atan təşkilatlar və dövlətlər siyahısına salınaraq, onun bu sahədə BMT ilə əməkdaşlığı təqdir olunur. Koalisiya, onun bu sahədə atdığı mühüm addımların BMT Baş katibi tərəfindən təqdir olunmasını, həmçinin Baş katibin uşaqların qorunmasını gücləndirmək üçün Koalisiya ilə BMT-nin əməkdaşlığının davam edəcəyi ümidini bildirməsini yüksək dəyərləndirir.

BMT Baş katibinin Koalisiya tərəfindən atılan mühüm addımları qeyd etməsini razılıqla qarşılayaraq dəyərləndirməsi ilə yanaşı, onun hesabatındakı yanlış məlumatlar və faktları tamamı ilə rədd edərək, həmin məlumatlar və faktları heç bir vəchlə qəbul etmir. Koalisiya hesab edir ki, bu cür məlumatların hesabatda yer alması, həmin BMT hesabatlarının etibarlılığına kölgə sala bilər. Bundan əlavə Koalisiya BMT qurumlarının bu cür yanlış və düzgün olmayan çaşdırıcı məlumatlarla təmin olunma yollarını da rədd edir. Bu cür məlumatların məqsədi, əsas diqqəti Husilərin və sabiq prezident Əli Saleh tərəfdarlarının cinayətlərindən yayındırmaqdır. Koalisiya eyni zamanda vurğulayır ki, mülki əhalinin qorunması və salamatlığı üçün beynəlxalq norma və qanunlara riayət edilməsinə ciddi cəhd göstərir və mülki əhalinin zərər çəkməməsi üçün ən yüksək səviyyədə ehtiyat tədbirləri həyata keçirir. Koalisiya bildirir ki, bu münaqişənin təəssüf doğuran nəticələrinin səbəbkarı, Husilər və sabiq prezident Əli

Salehə tabe olan silahlı qüvvələrin cinayətlərə, qeyri əxlaqi və qeyri qanuni vasitələrə əl atmasıdır. Onlar mülki əhalidən, o cümlədən uşaqlardan canlı sipər kimi istifadə edərək, uşaqları öz silahlı quruplarına qoşur, özlərinin qanundankənar hədəf və məqsədlərinə çatmaq üçün, insan həyatına əhəmiyyət vermədən beynəlxalq normaları və insan hüquqlarını kobud surətdə pozurlar.

Koalisiya vurğulayır ki, o, beynəlxalq humanitar qaydalara uyğun olaraq mülki əhalinin qorunması və zərərli kənar təsirləri azaltmaq üçün hərtərəfli və mühüm tədbirlər görüb. Həmçinin xatırladır ki, İranın Yəmənə müdaxilələri olmasaydı, Husilər və sabiq prezident Əli Salehə tabe olan silahlı qüvvələrin Yəməndə qanuni hakimiyyəti devirməsəydi və bununla da Yəmənə qonşu dövlətlər, eləcə də bütün regiona birbaşa və ciddi surətdə təhlükə yaratmasaydı, Yəməndə bu münaqişə də meydana gəlməzdi. Bundan əlavə İran və Hizbullah tərəfindən dəstəklənən Husilər Krallıq tərəfə 76-dan çox ballistik raket, habelə mərmi atmışdır ki, bunun nəticəsində də mülki əhali arasında ölən və yaralananlar olmuşdur. Koalisiya vurğulayır ki, o, Yəmən xalqına himayə etmək üçün ciddi-cəhd göstərəcək ki, bu da regionda təhlükəsizlik və sabitliyin qorumasına yardımçı olacaq.

Yuxarıda deyilənləri nəzərə alaraq, Koalisiya onunla bağlı hesabatda yer alan yanlış məlumatlarla bağlı izahat verilməsini və adının oradan çıxarılmasını istəyir. Həmçinin BMT-nin əlaqədar orqanlarından tələb edir ki, uşaqların qorunması və salamatlığı üçün görülən tədbirləri gücləndirmək üçün Koalisiyaya üzv olan dövlətlərlə əməkdaşlığı davam etdirsin, Yəməndə uşaqların məruz qaldığı qanun pozuntularına görə məsuliyyəti Husilər və sabiq prezident Əli Salehə tabe olan silahlı qüvvələrin üzərinə qoysun.