Azərbaycan voleybolçusu Fransa klubu ilə müqavilə imzalayıb

Tarix : 2017/10/09 15:07     Kateqoriya : İDMAN    


	Azərbaycan voleybolçusu Fransa klubu ilə müqavilə imzalayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Qurbanova Fransa çempionatında mübarizə aparacaq.

«Fakt-Araşdırma» xəbər verir ki, voleybolçumuz Fransanın “Venel” komandası ilə müqavilə imzalayıb.

Azərbaycanın “Azəryol”, “Azərreyl”, Rusiyanın “Proton” klublarında oynamış Anastasiya Qurbanova yeni komandasında 13 nömrəli formanı geyinəcək.