Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib 

Tarix : 2017/10/16 15:26     Kateqoriya : PREZİDENT    


	Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

X X X

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

/AZƏRTAC/