Rusiya Milli Qvardiyasının zabiti 4 hərbçi yoldaşını güllələyib

Tarix : 2017/10/23 21:26     Kateqoriya : DÜNYA    


	Rusiya Milli Qvardiyasının zabiti 4 hərbçi yoldaşını güllələyib

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) zabiti Çeçenistandakı hərbi hissələrdən birində dörd hərbçini qətlə yetirib.

Hadisə oktyabrın 23-də axşam baş verib. Baş leytenant olduğu bildirilən zabit kazarmada atəş açaraq dörd hərbçi yoldaşını qətlə yetirib. Həmin zabit növbətçi bölmənin əsgərləri tərəfindən zərərsizləşdirilib.

Hadisənin təfərrüatlarını araşdırmaq üçün xidməti təhqiqat aparılır. /AZƏRTAC/