Hindistanda güclü yağışlar nəticəsində azı 12 nəfər ölüb

Tarix : 2017/11/04 14:20     Kateqoriya : DÜNYA    


	Hindistanda güclü yağışlar nəticəsində azı 12 nəfər ölüb

Güclü leysan yağışları Hindistanın cənubunda azı 12 nəfərin ölümünə səbəb olub.

Interfax informasiya agentliyi xəbər verir ki, leysan yağışları nəticəsində baş verən daşqınlardan ən çox zərər görən Tamilnad ştatının 10 min sakini xüsusi mərkəzlərə təxliyə olunub. Çennai ştatının inzibati mərkəzi yaxınlığında ümumilikdə 105 müvəqqəti sığınacaq quraşdırılıb.

Hazırda təbii fəlakət səbəbindən Çennai və digər sahilyanı yaşayış məntəqələrində təhsil müəssisələri fəaliyyətini dayandırıb.

Regionda oktyabrın 27-dən başlayan yağışlar mövsümünün dekabr ayının əvvəlinədək davam edəcəyi gözlənilir.