Prezident İlham Əliyev Azərbaycan və Kosta Rika arasındakı viza Sazişni təsdiq edib

Tarix : 2017/11/04 15:25     Kateqoriya : PREZİDENT    


	Prezident İlham Əliyev Azərbaycan və Kosta Rika arasındakı viza Sazişni təsdiq edib

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il iyunun 2-də San-Xose şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.