Ər-Riyad tərəfə atılan ballistik raket dəf edilib

Tarix : 2017/11/06 17:23     Kateqoriya : SİYASƏT    


	Ər-Riyad tərəfə atılan ballistik raket dəf edilib

Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyası: Səudiyyə Ərəbistanı Məkkə şəhərinin hava hücumundan müdafiə qüvvələri ər-Riyad tərəfə atılan ballistik raketi dəf edib
 
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, ər-Riyad -4 noyabr 2017-ci il. Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi sözçüsü polkovnik Türki əl-Maliki açıqlama verərək bildirmişdir ki, 4 noyabr saat 20:07-də Yəmən ərazisindən Krallıq ərazisinə ballistik raket atılmışdır. 
Polkovnik Türki əl-Maliki demişdir ki, raket paytaxt ər-Riyad tərəfə yan almışdır, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini hədəf almaq üçün dağınıq və kor-koranə atılmışdır. Allaha həmd olsun ki, "Patriot" bölüyü raketi dəf etmiş, onun dəf olunması nəticəsində qəlpələri Kral Xalid adına Beynəlxalq Hava Limanının şərqində yerləşən qeyri-yaşayış məntəqəsinə səpələnmişdir. Allaha həmd olsun ki, bu heç bir tələfata səbəb olmamışdır. 
Türki əl-Maliki əlavə etmişdir ki, Husi silahlı qruplaşmasının bu təcavüzkar və kor-koranə davranışı sübut edir ki, terroru himayə edən region dövlətlərindən biri Husi silahlı qruplaşmasına üstün silahlarla dəstək verir. Bununla da o, BMT-nin 2216 saylı qərarını açıq-aşkar surətdə pozmuşdur. Onun məqsədi Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyini, həmçinin regional və beynəlxalq təhlükəsizliyi təhdid etməkdir. Mülki əhalinin məskunlaşdığı şəhər və kəndlərə  ballistik raket atmaq beynəlxalq humanitar qanunlara ziddir.
 
Dəstək Koalisiyası Yəmənin bütün hava dəniz və quru giriş nöqtələrinin müvəqqəti bağlanılmasını elan etmişdir. 
 
Ər-Riyad - 6 noyabr 2017-ci il. Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının komandanlığı İran rejiminə tabe Husi silahlı qruplaşmasının Yəmən ərazisindən Krallığa ballistik raket atılması barədə əlavə bəyanat vermişdir. 
Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyası komandanlığının bəyanatı:
 
İrana tabe Husi silahlı qruplaşmasının Yəmən ərazisindən Səudiyyə Ərəbistanı Krallığına ballistik raket atılması barədə verilən öncəki bəyanata əlavə olaraq bildirir ki, İran rejiminə tabe Husi silahlı qruplaşmasının etdikləri son kobud hərbi təcavüz 6 noyabr 2017-ci il tarixində ər-Riyad şəhərini 900 kilometr mənzilli ballistik raketlə hədəf almışdır.  Bu raketin, həmçinin 22/07/2017-ci il tarixində atılan raketlərin qırıntılarının hərbi texnologiyalar üzrə ekspertlərin iştirakı ilə müayinəsi zamanı  sübut olunmuşdur ki, bu raketlərin istehsal olunması və Yəməndəki  Husi silahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə çatdırılmasında İran rejiminin əli var. Onların məqsədi Krallığa, onun xalqına və mühüm maraqlarına təcavüz etməkdir. 
Koalisiya komandanlığı hesab edir ki, İran rejiminin ona tabe olan Husi silahlı qruplaşmasının silahla təmin olunmasında əlinin olması, BMT Təhlükəsizlik Şurasının həmin silahlı qruplaşmanın silahlandırmaqdan imtina edilməsi haqqında olan, xüsusən də 2216 saylı qərarının açıq-aşkar surətdə pozulması sayılır. İranın bu işdə əlinin olması, qonşu dövlətləri, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizliyi hədəfə alan açıq təcavüz hesab edilir. O bu məsələdə özünə tabe olan Husi silahlı qruplaşmasını birbaşa yönləndirir. Ona görə Koalisiya komandanlığı bunu İran rejimi tərəfindən edilən açıq və birbaşa hərbi təcavüz hesab edir. Bu hətta Səudiyyə Ərəbistanı Krallığına qarşı müharibə aktı hesab edilə bilər. 
Beləliklə, Koalisiya komandanlığı bəyan edir ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Krallıq öz ərazisini və xalqını qanuni surətdə müdafiə etmək hüququna malikdir. Həmçinin, vurğulayır ki, Krallıq İrana münasib vaxtda və formada cavab vermək haqqını özündə saxlayır. Bu haqqı onun üzərinə beynəlxalq qanunlar qoyur və həmin qanunlara uyğun gəlir. Belə ki, öz ərazisini, xalqını və maraqlarını müdafiə etmək önün təbii haqqıdır və onu BMT-nin Nizamnaməsi daxil olmaqla, bütün beynəlxalq razılaşmalar və konvensiyalarda təsbit edir.