Astarada (İran) dəmir yolu stansiyası iki ay ərzində istifadəyə veriləcək

Tarix : 2017/11/09 09:52     Kateqoriya : İQTİSADİYYAT    


	Astarada (İran) dəmir yolu stansiyası iki ay ərzində istifadəyə veriləcək

	 

Astarada (İran) dəmir yolu stansiyasının iki ay ərzində istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında mühüm amildir.

Bu sözləri İRİB kanalına müsahibəsində İran Dövlət Dəmir Yolları İdarəsinin nümayəndəsi Hoseyn Aşuri deyib.

Onun sözlərinə görə, stansiyanın istifadəyə verilməsi Azərbaycan ilə İranın dəmir yollarını birləşdirəcək. Gələcəkdə Rəşt-Astara dəmir yolu ilə hərəkət edəcək qatarlar məhz bu stansiyadan Azərbaycana, oradan isə Rusiyaya və Avropa ölkələrinə keçəcəklər.

H. Aşuri qeyd edib ki, stansiyanın istismara verilməsi ilə yük daşımaları sürətlənəcək və göstərilən xidmətin keyfiyyəti artacaq. Gələn ilin sonuna kimi İran Azərbaycan üzərindən Belarusa və Rusiyaya 2 milyon tondan çox yükün daşınmasını planlaşdırıb.

H. Aşuri Astarada yük terminalının tikintisinin də sürətlə aparıldığını diqqətə çatdırıb./AZƏRTAC/