Polşanın Azərbaycandakı Səfiri: "Avropa İttifaqı yemək üçün balıq vermir, lakin balığı tutmaq üçün tilov verir"

Tarix : 2013/12/20 17:01     Kateqoriya : MÜSAHİBƏ    


	Polşanın Azərbaycandakı Səfiri: "Avropa İttifaqı yemək üçün balıq vermir, lakin balığı tutmaq üçün tilov verir"

Xəyalə Süleymanqızının Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəlaqə və Səlahiyyətli Səfiri Cənab Mixail Labendadan götürdüyü müsahibəni təqdim edirik: 

-Cənab Səfir, dövlətlərarası münasibətlərin hazırkı durumu barədə düşüncələrinizi bilmək maraqlı olardı. 

Biz, Polşanın Bakıdakı Səfirliyi olaraq Azərbaycan mətbuatında Polşa haqqında daha çox məlumatın olmasını istəyərdik. Səfir olaraq bir sıra müsahiblər verirəm,  çoxsaylı redaksiya ilə əməkdaşlıq edirik. Ən azı ildə bir dəfə Azərbaycanlı jurnalistlərin Polşaya tədris səfərlərini təşkil edirik. Onların səfərinin lazımi qədər maraqlı olmasına səylər göstəririk. Çalışırıq ki səyahət tematik olsun. Əvvəlki iki qrupdan biri Polşanın mədəniyyəti, digəri isə iqtisadiyyatı ilə tanış olmuşdur. Səfər Polşa haqqında məqalələrin yazılmasına səbəb olmuşdur. Polşanın Xarici İşlər Nazirliyi bizim bu sahədəki fəaliyyət və Polşanın iqtisadiyyatı ilə tanış olmuş jurnalist qonaqlarımızın səyahətdən irəli gələn materialları qiymətləndirir. Bu yaz Azərbaycanlı jurnalistlər Polşada sərmayeləri ilə tanış olmuşdurlar.  Söhbət yalnız magistral yollar və dəmir yolların modernləşməsindən deyil, həmçinin yeni stadionlar və muzeylərdən gedir.

-Rəsmi Bakının Avroatlantik məkana inteqrasiya və Avropa ittifaqı ilə sıx əməkdaşlıq prosesində Polşanın dəstəyi nə dərəcədədir?

Rəsmi nümayəndələrinizin sözlərinə görə, Azərbaycan NATO və Avropa İttifaqında üzv olmaqda maraqlı deyil.  Mənim ölkəm bu mövqeyə hörmət edir. Aİ ilə əməkdaşlıq haqqında artıq danışmışdım, lakin – məlum səbəblərdən – bu Aİ nümayəndəliyin səlahiyyətləridir, mənim üçün ən vacibi ikitərəfli münasibətlərdi. Hərbi əlaqələrimiz də yüksək səviyyədədi, bunun sübutu isə aprel ayının sonunda baş verən Azərbaycanın Müdafiə Nazirinin Polşaya səfəri oldu. Azərbaycanın Əfqanıstandakı sabitləşdirmə missiyasındakı rolunu və 2014-cü ildən sonra da orada iştirak edəcəyi haqqında bəyanatı, həmçinin Əfqanıstandan qoşunların çıxarılması zamanı Azərbyacan ərazisinin istifadə olmasına dair bəyənatınızı da yüksək qiymətləndiririk. Bu əməkdaşlıq NATO-nun fəal üzvü olan Polşa üçün çox qiymətlidir və Azərbaycanın regiondakı məsuliyyətli və yüksək rolunun təsdiqidir.

-Cənab Səfir, əməkdaşlığın hansi sahələrində boşluqlar var və nə etmək olar?

 Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Mütamadi, qarşılıqlı səfərlər  digər əməkdaşlıq sahələri üçün zəmin yaradır. Yaxşı ticari dövriyyəyə malikik. Dövriyyə məbləği illik 140 milyon dollar təşkil edir.Polşanın Azərbaycandan neft və qazı almadığını nəzərə alsaq bu çox yaxşı göstəricidir. Azərbaycanın Polşaya idxalının illik ancaq 5 milyon dollar təşkil etdiyi səbəbindən dövriyyənin daha da  bərabər şəkildə paylaşmasını istərdik. Siyasi səviyyədə qarşılıqlı ticarətin dəstəklənməsi arzu olunur. Polşa-Azərbaycan Hökumətlərarası Müşətərək Komissiyanın fəallaşması və biraz fərqli istiqamətdə fəaliyyət göstərməsi istənilir. Gələn ilin əvvəlində Bakıda növbəti  iclas keçiriləcəkdir. Varşavadan baş nazir müavini, iqtisadiyyat naziri, müştərək komissiyanın həmsədri, cənab Yanuş Pexoçinski səfər edəcəkdir. Onu yalnız hökumət deyil, həmçinin böyük sahibkarlar qrupundan ibarət olan nümayəndə heyəti müşahidə edəcəkdir. Bu ticari mübadiləmizi artırılması üçün bir şansdır.

-Perspektivda “Şahdəniz-2”, TANAP və Tap kimi qlobal enerji layihələrdə Polşanın rolunu necə qiymətləndirirsiz?

Polşa qeyd olunan enerji layihələrində iştirak etmir. Azərbaycan tərəfi Nabucoo qaz kəməri vasitəsi ilə qazının Mərkəzi Avropaya qədər ötürülməsini seçdiyi halda ölkəmiz layihədə fəal iştirak edəcəkdi, lakin hazırkı vəziyyətdə də Azərbaycanın qaz təchizatı Avropanın enerji ehtiyatların mənəblərinin şahələndirilməsinə yardım edəcəyindən çox şadıq.   

-Azərbaycan-Polşa mədəni əlaqələri barədə məlumat verərdiz. 

Fikrimcə, Azərbaycanla Polşa arasında mövcud olan mədəni əməkdaşlıq çox müsbətdir. Bu il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Filarmoniyası ilə birgə Azərbaycan Dövlət Simfonik Orekstr ilə birgə çıxış edəcək polyak musiqiçilərin konsertini təşkil etmişdik. Bundan əlavə, may ayında Yuğ teatrında polyak tamaşası təqdim olunmuşdur. Bu tamaşa Azərbaycan teatrının polyak rejisor və quruluşçu rəssam ilə əməkdaşlığının məhsulu olacaqdır. Lakin mədəni mübadilə həmçinin Səfirliyimizdən kənarda da keçirilir. Azərbaycan musiqiçiləri Polşada keçirilən müsabiqələrdə iştirak edir, Polşaya konsert proqramları ilə gedilər. Azərbaycanda polyak dilini öyrənən tələbələr və başqaları  hər il Polşaya təqaüd proqramlarına gedirlər. Polyak mütəxəssisləri Azərbaycana konfranslara dəvət alırlar. Mübadilənin yalnız rəsmi səviyyədə deyil, həmçinin mədəni institutlar arasında bilavasitə olaraq gerçəkləşməsi sevindirici haldır. 

-Son olaraq Ukrayndan baş verən proseslərlə bağlı diplomat kimi münasibətiniz bizim üçün maraqlıdır. Cənab Səfir, ümumiyyətlə baş verən hadisələrdə tərəflərdən hansının mövqeyini düzgün sayırsınız. Xalqın maraqlarına uyğun olaraq Ukrayna hakimiyyəti hansı yolu seçməlidir?

İlk olaraq Ukraynanın inkişafa dair gələcək strategiyası məsələləri həmin dövlətin hökumətinin məsuliyyətidir və bu qərarın necə olmasından asılı olmayaraq beynəlxalq ictimaiyyət onu qəbul edəcəkdir. Mən yalnız Polşanın Avropa İttifaqında üzvlüyündən əldə etdiyi üstünlüklər haqqında rəyimi ifadə edə bilərəm.  Faydalı birlik sonradan isə Avropa İttifaqında üzvlük ən azı iki məqam tələb edir: bu istiqamətdə olan fəaliyyətə siyasi elitanın razılığı və belə ideyanın ictimaiyyət tərəfindən dəstəklənməsi. Polşada 90-cı illərin əvvəlində bununla razıydıq. Ukraynada xalq Avropa ideyasını, siyasi, həmçinin iqtisadi elita isə bölünür. Birləşmə və Aİ-da üzvlüyün əldə olunması prosesi sadə deyil. Obrazlı desək və sabiq prezidentimiz Lex Valensanın sözlərini sitat gətirərək: Aİ yemək üçün balıq vermir, lakin balığı tutmaq üçün tilov verir. Polşa Aİ inteqrasiya üçün imkanını istifadə etdi. 90-cı illərin əvvəlində Ukraynada adam başı ÜDM bir neçə yüz dollar çoxuydu. Hazırda Polşada Ukraynadan 50% çoxdur və 25 min dollar təşkil edir. Polşa sənaye sahəsində modernləşmə şansından istifadə etdi, hal hazırda Avropada  məişət texnikanın ən böyük istehsalçı və ixracatçısıdır. Bizim ərzaq məhsulların ixracı (75% Aİ bazarına daxil olur) 2013-cü ikdə 18 milyard manat təşkil edəcəkdir. Yani demək olar ki, Azərbaycanın neft və qaz üçün əldə etdiyi məbləğ qədər. Iqtisadi və siyasi sistemimizi dəyişərkən çətin yol keçdik. Lakin 20 ildən çoxdur ki, daimi və sabit iqtisadi və sivilizasiya artımına malikik. Polşanın Aİ-na yolu Ukrayna üçün cəlbedicidirmi? Kiyevdakı səfirliyimiz və Ukraynadakı baş konsulluqlar tərəfindən verilən vizaların sayını (həftəlik bir neçə min viza ) nəzərə alsaq – bəli.  

Söhbətləşdi: Xəyalə Süleymanqızı