Milli Məclisin növbəti plenar iclası keçirilir

Tarix : 2017/11/17 12:05     Kateqoriya : PARLAMENT    


	Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

«Fakt-Araşdırma» xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Gündəliyə 30 məsələ daxildir.

İclasda Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də,‪ “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Avtomobil yolları haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Prokurorluq haqqında”, “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunacaq.

Bundan başqa, Vergi, İnzibati Xətalar, Cinayət, Mülki, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxılacaq.

Deputatlar, həmçinin “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcəklər.

İclasda Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə də müzakirələr aparılacaq.