Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Tarix : 2017/12/07 14:05     Kateqoriya : SİYASƏT    


	Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Dekabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
«Fakt-Araşdırma» Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi  şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.