Səməd Seyidov: "Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib"

Tarix : 2018/01/05 14:25     Kateqoriya : PARLAMENT    


	Səməd Seyidov: "Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib"

Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib: “Təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər”. /AZƏRTAC/