AZAL-ın bütün reyslərində qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

Tarix : 2018/01/05 16:41     Kateqoriya : SOSİAL    


	AZAL-ın bütün reyslərində qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

Yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

AZAL sərnişinlərdən hava limanında qeydiyyat üçün öncədən gəlmələrini xahiş edir. Həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə biləcəklərini, baqajı olduqda isə onu “Baggage Dropoff” ekspress-masasında təhvil vermək imkanları olduğunu diqqətə çatdırır.