Səudiyyə Ərəbistanı Krallığı Yəmən Milli Bankına iki milyard dollar pul qoyub

Tarix : 2018/01/19 17:37     Kateqoriya : DÜNYA    


	Səudiyyə Ərəbistanı Krallığı Yəmən Milli Bankına iki milyard dollar pul qoyub

Səudiyyə Ərəbistanı Krallığı Yəmən Milli Bankına iki milyard dollar pul qoyduğunu elan etmişdir

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, İrana aid Husi silahlı qruplaşmasının öz şəxsi mənafelərini güdüb.

Yəməndə nə dinə nə də ki, vicdana sığmayan cinayət və qanun pozuntuları törədərək dövlətin varını talamaları, hökumət müəssisələrinin gəlirlərini mənimsəməsi, o cümlədən neft məhsullarının satılması və Yəmən milli valyutası olar riyalın toplanması və valyuta məzənnələri ilə manipulyasiya etməsi, nəticəsində Yəmən riyalının kəskin qiymətdən düşməsi və Yəmən xalqının bundan əziyyət çəkməsini nəzərə alaraq Səudiyyə Ərəbistanı Krallığı qardaş Yəmən xalqının bəlalarını aradan qaldırmaq və iqtisadi çətinliklərinin qarşısının alınmasında köməklik göstərməyə çalışması səbəbi ilə İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud (Allah ona yardımçı olsun!) Yəmən Milli Bankının hesabına iki milyard dollar məbləğində depozit yatırılmasına sərəncam vermişdir.

Krallığın qardaş Yəmən xalqına göstərdiyi bu növbəti yardım ilə onun Yəmən Milli Bankına yatırdığı depozitin ümumi məbləği üç milyard dollara çatmışdır.

Bunun məqsədi kimi qardaş Yəmən Respublikasının maliyyə və iqtisadi vəziyyətini və ələlxüsus Yəmən riyalının məzənnəsini gücləndirməkdir. Allahın izni ilə, bu tədbirlər Yəmən vətəndaşlarının güzəranına müsbət təsir göstərəcək. Səudiyyə Ərəbistanı Krallığı Yəmən Hökumətinə dəstək və yardımlarını davam etdirəcəyini vurğulayır.

Bununla da Hökumət Yəmənin sabitliyinin bərpa edilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən gələcək.